Bakıda orta yaşlı kişini avtomobil vurub


Sosial 25 Okt 2017 07:22:04 270 0

Bakıda orta yaşlı kişini avtomobil vurub

Sürücü faktla bağlı saxlanılıb

Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

1983-cü il təvəllüdlü Qasımov Nazim Kazım oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.