NATO daha iki birləşmənin yaradılması məsələsinə baxa bilər


Dünya 25 Okt 2017 05:57:08 322 0

NATO daha iki birləşmənin yaradılması məsələsinə baxa bilər

Məsələ üzv dövlətlərin nazirlərinin noyabrdakı iclasında baxılacaq

NATO Rusiya ilə mümkün münaqişənin yaranacağı təqdirdə alyansın daşınma imkanlarını gücləndirəcək iki hərbi birləşmənin yaradılmasını təsdiq edə bilər.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunur ki, əsas diqqət hərbi təyinatlı materialların və insanların daşınmasının təşkilinə yönəldiləcək. Məsələyə üzv dövlətlərin nazirlərinin noyabrda keçiriləcək rüblük iclasında baxılacaq.

Bundan əvvəl alyans rəsmiləri qurumun öz quvvələrini çevik hərəkərə gətirmək və Avropaya əlavə bölmələrin göndərilməsinə qadir olmamasına dair KİV-də yayılan məlumatları təkzib ediblər.