Nigeriya sahillərində piratlar alman gəmisinin dənizçilərini oğurlayıb


Dünya 25 Okt 2017 05:18:16 233 0

Nigeriya sahillərində piratlar alman gəmisinin dənizçilərini oğurlayıb

Girovlar arasında dörd filippinli, Ukrayna və Macarıstan vətəndaşları da var

Pirat qrupu Nigeriya sahillərində alman yük gəmizinə hücum edərək, kapitan da daxil olmaqla, 6 heyət üzvünü oğurlayıb.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" dənizdə təhlükəsizliyin təmin olunması üzrə "Sea Guardian" şirkətinin press-relizinə istinadən xəbər verib.

Bildirilir ki, "DEMETER" konteynerdaşıyanı Nigeriyanın cənubundakı Biafra körfəzindəki Port-Harkort şəhərində quldurların hücumuna məruz qalıb.

Gəmi Malabo (Ekvator Qvineyası) şəhərindən Monroviyaya şəhərinə üzürmüş. "Sea Guardian"ın məlumatına görə, səkkiz quldur sürətli qayıqda gəmiyə hücüm ediblər. Onların milli mənsubiyyəti naməlumdur.

"Reuters" agentliyinin məlumatına görə, "Peter Doehle Schiffahrts KG" şirkətinə məxsus gəminin ekipajının girov götürülmüş üzvləri arasında dörd filippinli, həmçinin Ukrayna və Macarıstan vətəndaşları da var. Komandanın digər 12 üzvü təhlükəsiz şəraitdədir.

Şirkət nümayəndəsi oğurluq haqqında informasiyanı təsdiq edib. Qeyd edib ki, quldurlar onlarla hələ əlaqə saxlamayıblar.