Talıb Talenin daxması, adını dəyişən Xatun "Maşın"ın finalçıları HAQDA BİLMƏDİKLƏRİNİZ VİDEO FOTO


Şou-biznes 25 Okt 2017 04:30:00 560 0

Talıb Talenin daxması, adını dəyişən Xatun  "Maşın"ın finalçıları HAQDA BİLMƏDİKLƏRİNİZ  VİDEO  FOTO

"Maşın" realiti şousunun ilk final günündə iştirakçıların ailələri övladlarına dəstək olub.

Son.az xəbər verir ki, Vüsalə Əlizadənin anası Lütfiyyə Əlizadə qızının yarışmaya gəlməsinə narazı olduğunu bildirib:

"Düzünü desəm, istəmirdim ki, Vüsalə bu yarışmaya qatılsın. Səhhətindən narahat idim. Amma mənə söz verdi ki, əgər səhhətimdə problem olsa, oyunu tərk edəcəyəm".

Daha sonra aparıcının qızı Dilək danışaraq, anasından ötrü darıxdığını deyib:"Anamı hər dəfə televizorda görəndə gedib öpürəm. Bu ürək formasında olan yastığı ona göndərirəm. Ana, sən mənim ürəyimsən!"

"Maşın" şounun komandası Göygöl rayonuna qonaq gedərək müğənni Talıb Taleyin də evində qonaq olub.

İfaçının atası Ələsgər Ələsgərov oğlu haqda danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Talıb Ələsgərov Aşıq Ələsgərin kötükcəsidir. Onu orada təkləmişdilər. Çıxışları vaxtı məni çox kövrəldirdi. Hər dəfə baxanda həyəcanlanırdım".

Sənətçinin ögey anası Validə Bağırova da Talıb haqqında fikirlərini bildirib: "Əsas burada maşın deyil, Talıbın dəyanətli, mərdi-mərdanə olmasıdır. Başqalarından fərqli olaraq heç kimi kürəyindən vurmadı. Elə bilirəm öz oğlumdur".

Talıb Tale isə çıxışı zamanı bildirib ki, ailəsi ilə birlikdə 1988-ci ildən məcburi köçkün olaraq Göygöl rayonuna köçüblər.


Xəbərə aid fotolar