Məşhur ABŞ aktyoru Robert Giyom 89 yaşında vəfat edib


Dünya 25 Okt 2017 02:27:00 317 0

Məşhur ABŞ aktyoru Robert Giyom 89 yaşında vəfat edib

Aktyor prostat vəzi xərçəngindən ölüb

Amerikalı aktyor Robert Giyom 89 yaşında Los-Ancelesdə vəfat edib.

“Report” “RT”-ə istinadən xəbər verir ki, aktyor uzun müddət mübarizə apardığı prostat vəzi xərçəngindən ölüb.

R.Giyoma məşhurluğu “Kral şir”, “Timon və Pumba” cizgi filmlərində Rafiki səsləndirməsi və “Opera kabusu” da daxil olmaqla, bir neçə musiqili əsərdə aldığı rolları gətirib.