“WhatsApp”dan çoxdan gözlənilən yenilik gəlir


Şou-biznes 25 Okt 2017 00:00:00 316 0

“WhatsApp”dan çoxdan gözlənilən yenilik gəlir

“WhatsApp” messenceri “iOS” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil.

Bundan başqa, qrup zənglərinin “WhatsApp” messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil.

Başqa yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim ediləcəyi gözlənilir. Məsələn, bir neçə inzibatçı qrupu ləğv etmək və ya onun tərkibindən ixtiyari istifadəçini silmək imkanı əldə edəcək.

“WhatsApp” messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.