Kaliforniyada 61 yaşlı şəxs ətrafdakılara atəş açıb: ölənlər və yaralananlar var


Dünya 24 Okt 2017 23:21:24 283 0

Kaliforniyada 61 yaşlı şəxs ətrafdakılara atəş açıb: ölənlər və yaralananlar var

Hadisə zamanı 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatının şimalındakı şəhərdə 61 yaşlı Alan Eşmor evlərə, avtomobillərə, iki yanacaqdoldurma stansiyasına və çaxır zavoduna nizamsız atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "Americaru" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə zamanı o, iki nəfəri öldürüb. Habelə bir qadını və hadisə yerinə gələn polis əməkdaşlarından birini də yaralayıb.

Cinayətkar həbs edilib. Leyk dairəsinin polis rəsmisi Martin Brayan bildirib ki, Alan Eşmor ola bilsin, kiçik yanğın hadisəsində də təqsirkardır. O, hadisəni törədən zaman hüquq-mühafizə orqanları əməkdaşlarından qaçaraq gizlənməyə nail ola bilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

"Biz hələlik cinayətkarın nə üçün atəş açdığını və kimi hədəfə aldığını, Alanın insanlara qəsdənmi yaxud təsadüfənmi atəş açdığını bilmirik", - deyə Martin bildirib.

Prokuror Don Anderson isə bildirib ki, cinayətkar hamıya, hətta ətrafdan keçənlərə də qəzəblənib. Onun sözlərinə görə, Eşmoru şəhərdə yaxşı tanıyırlar. Alan bir neçə dəfə həbs edilib və həbsxanada yatıb.

Alan Eşmorun avtomobilindən bir neçə odlu silah da tapılıb.