"Oğlumun bu vəziyyətə düşməyində arvadı günahkardır" FOTO


Digərləri 24 Okt 2017 23:21:00 375 0

"Oğlumun bu vəziyyətə düşməyində arvadı günahkardır"  FOTO

Müğənni İşın Karacanın Braziliyada küçələrdə yaşayan həyat yoldaşı Sedat Doğanın ailəsi verilişlərdən birinə açıqlama verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Sedatın nənəsi və anası onun bu vəziyyətə düşməsində İşını günahkar biliblər:

"Oğlumun Esin ilə çox gözəl evliliyi var idi. Amma Karaca onu dağıtdı. Bir övladları oldu. Uşağı Sedata göstərmədi. Axı, o da atadır, balasını görmək istəyir. Ona görə oğlum Braziliyaya iş qurmağa getdi və bu hala qaldı. Xahiş edirəm övladıma kömək edin".

Qeyd edək ki, Karaca və doğan 2011-ci ildə ailə qurub və 2013-cü ildə boşanıblar. Onların bu nikahdan Mia adlı qızı var.


Xəbərə aid fotolar