Qusaracan 60 manata razılaşdılar, amma...


Digərləri 24 Okt 2017 22:56:00 274 0

Qusaracan 60 manata razılaşdılar, amma...

Qusar rayonunda quldurluq hadisəsi ilə bağlı polisə məlumat daxil olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Ağdam rayon sakini Rafael Novruzov Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, Bakıdan Qusarın Hil kəndinə gətirdiyi sərnişini tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib.

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Rafael Novruzova yaxınlaşan bir nəfər Qusar rayonunun Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun "Samsung" markalı telefonunu da götürərək aradan çıxıb.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yeri müəyyən edilərək saxlanılıb və şübhəli şəxs qismində Qusar rayon polis şöbəsinə gətirilib.

Araşdırmalarla onun Qusar rayonunun Hil kəndi sakini, əvvəllər məhkum olmuş Samir Zalov olduğu məlum olub.