Məşhur şəxslərin çılpaq fotoları


Digərləri 24 Okt 2017 22:42:00 362 0

Məşhur şəxslərin çılpaq fotoları

Hakerlər İngiltərənin paytaxtı Londonda məşhurların getdiyi estetik mərkəzə hücum edib. Son.az publika.az-a istinadən xəbər verir ki, London Körpü Cərrahiyyə Mərkəzinə edilən hücum nəticəsində terrobitlərlə məlumat ələ keçirilib. Hadisə ilə bağlı polis araşdırma aparır. Hakerlərin klinikanın müştərilərinin cinsiyyət orqanları daxil olmaqla, bədənlərinin bir çox orqanlarının fotolarını ələ keçirdiklərini iddia edilir. Hətta kiberhücmlar nəticəsində ələ keçirilən məlumatlar arasında "krallıq ailəsi"nə aid bilgilərə də rastladıqları irəli sürülür. Hakerlər əldə etdikləri məlumatları, şəkilləri adlarla birlikdə internetdə yayacaqlarını bildiriblər. Polis isə kiberhücumla bağlı onlara oktyabrın 17-də şikayət edildiyini, lakin hələ ki, yaxalananların olmadığını açıqlayıb.