Tanınmış kəşfiyyatçı Bakıda


Digərləri 24 Okt 2017 22:34:00 327 0

Tanınmış kəşfiyyatçı Bakıda

Bu gün günorta saatlarında paytaxtda ölüm hadisəsi baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib.