Aktrisalarımıza intim təklif edən rejissorlar olubmu?


Digərləri 24 Okt 2017 22:35:00 284 0

Aktrisalarımıza intim təklif edən rejissorlar olubmu?

Bu günlərdə dünya mətbuatının gündəmini aktrisaların yaşadıqları təcavüz əhvalatları məşğul edir. Oskar mükafatlı prodüser Harvi Vaynşteynin işbirliyində olduğu aktrisalara qarşı intim təklif, seksual təcavüz ittihamlarından, prodüserin kino şirkətindən qovulmasından sonra dünya ulduzları bir-birinin ardınca ittihamlar söyləyir. Məsələn, "Qaranlıqda rəqs edən" filminə çəkilmiş müğənni-aktrisa Bjorkun rejissor Trieri ittiham etməsi kimi...

Son.az lent.az-a istinadən bildiririrki, aktrisalarımıza "Bu problem bizim kino və teatr cameəsi üçün aktualdırmı? Belə halla rastaşmısınızmı? Bu kimi narahatedici halların qarşısını necə almaq olar?" - sualları ilə müraciət olunub. Aktrisaların cavablarını təqdim edirik.

Həmidə Ömərova

Aktrisa, Peşəkar Kinoaktyorlar Gildiyasının rəhbəri

- Bilirsiniz, mənim xəbərim var o qalmaqaldan. Görünür, Qərbdə kinonun bütün problemlərini həll ediblər, indi bu məsələ çıxıb üzə. Amma bizim kinonun buna qədər onlarla problemi var. Məsələn, prokatın təşkil olunması kimi problem. Siz deyən bizim kinoda problem deyil.

Naibə Allahverdiyeva

Aktrisa

- Bizdə də belə hallar olub kim deyir ki, olmayıb? Bu sənətdə qabağa getmək üçün ya gərək adamın olardı, belə maneələri keçərdin, ya da fövqəl istedadın olardı. İstedadla da gedəndə əsəblərin pozulur, min-bir əzab çəkirsən.

Mənim də başıma gəlib. Teatr sahəsində... Rəhbər idi, məni xeyli incitdi, iş o yerə çatdı ki, bu təkliflərə görə, onun üzünə tüpürdüm. Və karyeramda onlarla maneə yaratdı. Rollardan oldum. Mənimlə sonadək prinsip apardı. İndi dünyasını dəyişib. Adını çəkmək istəmirəm. Kinoda da olub. İndi yaşlı adamdı. Nə deyim...

Tək kinoda deyil, bütün sahələrdə belədir. Cəmiyyət kişi cəmiyyətidir, kişilərin əllərində vəzifə var, səlahiyyət var və onlar da bundan istifadə edir. Qadınları incidirlər. Qadınlar hər sahədə zorakılıqdan əziyyət çəkir.

Buna qarşı nə etmək olar ki? Belə olub həmişə, yəqin ki belə də olacaq. Çox təəssüf edirəm...

Zemfira Sadıqova

Kinoaktrisa

- Əvvəllər belə hallar lap çox olurdu. Gözəl aktrisanı filmə çağıranda ondan nəsə umurdular. Qadından nə uma bilərlər ki? Demirəm hamısı. Amma bir çoxları... Çəkilə bilənlər çəkilirdilər, çəkilə bilməyənlər də bir yol tapırdı. Mən heç kimin adını çəkməyəcəyəm. Xalq hamısını çox yaxşı bilir. Hər aktrisa da buna getmirdi. Amma nəticəsi də pis olurdu. Elə mənimlə də belə bir şey baş verdi. Məsələn, Hüseyn Seyidzadə "Dəli Kür" filmində acığından mənim oynadığım yerlərin çoxunu kəsdi. Mənim yerlərim yalnız ümumi planda göstərilir. Mələyi götürüb qaçmazdan əvvəl Cahandarla onun baxışmağı var, söhbəti var. Amma filmdə biz Mələyi Cahandarın götürüb qaçdığını görürük. Axı bu hadisəyə bir zəmin olmalıdır. Mələyin ona münasibəti görünməlidir. Hamısı Hüseyn Seyidzadənin hikkəsinin badına getdi... (Qeyd: Bu fikirləri aktrisa Zemfira Sadıqova 2013-cü ildə verdiyi müsahibəsində deyib.)

Gülzar Qurbanova

Aktrisa