Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir


Dünya 24 Okt 2017 22:37:00 325 0

Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir

Ermənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır.

Son.az azvision.az-a istinadən bildirir ki, bu barədə armtimes.com-un müxbirinə Andranik Qevorqyan özü bildirib.

2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞ dollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib. Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər.

Haqsızlıqla üzləşən vətəndaş polisin qərarından sonra baş prokuror Artur Davtyana, Xüsusi İstintaq Xidmətinin rəisi Vahram Şahinyana, polis rəisi Vladimir Qasparyana və ombudsman Arman Tatoyana müraciət edib. Müsbət nəticə əldə etmədikdən sonra Yerevandakı Kiyev körpüsünə gedib və onu özünü öldürməyə vadar edən həmin məmurların ora gəlməsini tələb edib.