Qulaq ağrısını necə aradan aparmaq olar?


Digərləri 24 Okt 2017 22:40:00 355 0

Qulaq ağrısını necə aradan aparmaq olar?

Qulaq ağrısı uşaqlarda və yeniyetmələrdə tez-tez baş verən bir haldır. Evdə olan təbii məhsullarla bu ağrılardan xilas ola bilərsiniz.

Son.az deyerler.org-a istinadən bildirir ki, qulaq ağrısı xüsusilə uşaqlarda tez-tez rast gəldiyimiz bir xəstəlikdir. Qulaq ağrısının ən ümumi səbəbləri soyuqdəymə, orta qulaqda tutulma, yüksək səsə məruz qalma və ya qulaqda iltihablanma ilə baş verir.

Qulağınızda ağrı başladığı vaxt edəcəyiniz bəzi tədbirlərlə qulaq ağrısını yüngülləşdirə və yaxud bu ağrını aradan apara bilərsiniz.

İstilik tətbiq edin

Qulaqlarınızda ağrı başladığı vaxt istilik tətbiq etsəniz qulaq ağrınız azalar. Bunun üçün bir miqdar duzu qaz sobasının üstündə isidin və parçaya büküb qulağınıza qoyun və gözləyin. Bunu qaynar vəziyyətdə etməyin. Bununla bərabər bir dəsmalı isti suyun içinə batıraraq yaxşıca sıxın və qulağınıza qoyun. Bu proseslər qulağın yaxşılaşmasına kömək edəcək.

Zeytun yağı

Zeytun yağını bir tavanın içində çox isti olmayacaq şəkildə qızdırın və qulağınıza damcıladın. Bu proses qulaq ağrısının azalmasına və qulağın boşalmasına kömək edəcək.