Adam məğrib namazında şəkk etsə, neyləməlidir?


Digərləri 24 Okt 2017 22:20:00 302 0

Adam məğrib namazında şəkk etsə, neyləməlidir?

Adam məğrib namazında 2-ci yoxsa 3-cü, və ya 3-cü yoxsa 4-cü rükətı qılmasında şəkk etsə, neyləməlidir?

Son.az islam.az-a istinadən bildirir ki, namaz hökmlərinin bir hissəsi şəkkiyyat hökmləri adlanır. Bu bölmədə namaz əsnasında meydana çıxan şəklərin həll edilmə yolları araşdırlır. Şəkk odur ki, insan bir məsələnin iki əks tərəfindən hansı birinin həyata keçdiyini qəti şəkildə bilmir, hər iki tərəfə zənni eynidir. Məsələn, namazda fikri başqa yerdə olduğu üçün bir an özünə gəlir, amma ayrıd edə bilmir ki, üçüncü rükətdədir ya dördüncü rükətdə? Amma hər bir şəkk həll edilə bilən deyil. Elə şəkk var ki, namazı batil edir. Yəni insan müəyyən hallarda şəkkə düşsə, qıldığı namaz batil olar. Bu hallardan biri də üç rükətlik namazın rükətlərinin sayında edilən şəkdir. Üç rükətli namaz qılan şəxs namazın hansı hissəsində olursa-olsun, neçənci rükətdə olması barədə şəkkə düşsə, namazı pozulmuş sayılır. Gərək həmin yerdə namazı kəsib, təzədən qılmağa başlasın.