Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir VİDEO


Digərləri 24 Okt 2017 21:21:00 340 0

Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir  VİDEO

Rayondan Bakıya gələn sürücülər Bakı dairəvi yolundan şəhər mərkəzinə daha tez çata biləcəklər. Yaxın vaxtlarda xarici dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsinə birləşdirən 1,5 km uzunluğu olan yeni yol salınacaq. Bu yolun sürücülər üçün böyük alternativ olacağı gözlənilir

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sürücülər Bakı Xarici Dairəvi yoldan şəhər mərkəzinə daha asan və qısa məsafədə çata biləcəklər. Bu Dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsi ilə birləşdirəcək yeni yolun çəkilməsindən sonra mümkün olacaq. Yeni yol həm də "Mənzil İnşaatı Dövlət Agentliyi"nin ərazisindən keçəcək. Hazırlıq mərhələsində olan layihə yaxın vaxtlarda tamamlanaraq aidiyyatı qurumlara göndəriləcək Yeni yolda avtomobillərin rahat geri dönüş etmələri üçün dairənin də olacağı gözlənilir


Xəbərə aid video