Masazır gölü ətrafında təhlükə: sürüşmə sahələrində çatlar genişləndi VİDEO


Digərləri 24 Okt 2017 21:27:00 318 0

Masazır gölü ətrafında təhlükə: sürüşmə sahələrində çatlar genişləndi  VİDEO

Masazırda sürüşmə zonası aktivləşib. Bəzi yerlərdə torpaq qatında axın olub, evlərdə çatlar əmələ gəlib. Ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Masazırda "Zəli gölü" adlanan ərazidə çökmə-sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ərazidə evlərə yaxın torpaq qatları çöküb. Sakinlər deyirlər ki, yağan yağışlardan sonra torpaq qatları axmağa başlayıb. Bəzi evlərdə çatlar yaranıb. Sürüşmə nöqtələri hələ də aktivliyini qoruyur. Hazırda sürüşmə sahəsində torpaqda olan çatların ölçüləri genişlənib. Məhz bununla əlaqədar olaraq aidiyyatı qurumlar ərazini nəzarətə götürüb. Masazırın "Zəli gölü" adlanan ərazisində 100-ə yaxın ailə yaşayır.


Xəbərə aid video