ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib


Dünya 24 Okt 2017 20:42:44 293 0

ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib

Dövlət Departamenti məhdudiyyət səbəbindən vizaları təsdiqləməyib

ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin 5 nəfərdən ibarət nümayəndə heyəti iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməliydi.

Rəsmi Vaşinqton nümayəndə heyətinə vizaların Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyət səbəbindən ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmədiyini açıqlayıb.