Nazir müavini: "Ərazi bütövlüyü məsələsi Brüssel sammitinin yekun sənədinin ilkin variantında öz əksini tapıb"


Siyasət 24 Okt 2017 20:14:00 277 0

Nazir müavini: "Ərazi bütövlüyü məsələsi Brüssel sammitinin yekun sənədinin ilkin variantında öz əksini tapıb"

"Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitindəki məsələnin təkrarlanmasını istəmir"

"Cari ilin noyabrında Brüsseldə keçiriləcək sammitin yekun sənədinin ilkin variantında "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü və suverenliyi məsələsi öz əksini tapıb".

"Report"un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın ərazi bütövlüyünün Brüssel sammitinin sənədinə salınıb-salınmaması məsələsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitindəki məsələsinin təkrarlanmasını istəmir: "Bu il noyabrın 24-də Brüsseldə keçiriləcək növbəti sammitin yekun sənədinin ilkin variantı tərəfdaş ölkələrlə müzakirə olunub. Baxaq, görərik, qəbul olunacaq, ya yox?!"