Bakıda “Yaquar” binadan yıxılıb öldü


Digərləri 24 Okt 2017 20:26:39 273 0

Bakıda “Yaquar” binadan yıxılıb öldü

Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.

Son.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.