Rezident əlaqələndirici: "BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və olacaq"


Siyasət 24 Okt 2017 19:58:31 326 0

Rezident əlaqələndirici: "BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və olacaq"

Bakıda Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

Bakıda Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında tərəfdaşlığın 25 illiyinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.

"Report"un verdiyi xəbərə görə, kitaba Azərbaycanla BMT arasında 1992 - 2017-ci illər ərzində davam edən əməkdaşlıq barədə məlumatlar və arxiv fotoları daxil edilib.

Həmçinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyi münasibətilə fotosərgi təşkil edilib.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, münasibətlərimizi əks etdirən kitabda ötən illər ərzində Azərbaycan və BMT arasındakı fəal əməkdaşlıq, önəmli tədbirlər, həmçinin 90-cı illərdə təşkilat tərəfindən Azərbaycanlı qaçqın və məcburi köçkünlərə edilən yardımlar da əksini tapıb.

"Bu illər ərzində BMT Azərbaycanın etibarlı tərəfdaşı olub və bundan sonra da olacaq", - BMT-nin rezident əlaqələndiricisi əlavə edib.