Sputnik Ümümdünya gənclər və tələbə festivalında işini yekunlaşdırıb


Digərləri 24 Okt 2017 19:16:00 291 0

Sputnik Ümümdünya gənclər və tələbə festivalında işini yekunlaşdırıb

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu 14-22 oktyabr tarixlərində Soçidə keçirilən ХIХ Ümümdünya gənclər və tələbə festivalında işini yekunlaşdırıb. Festival boyu onlarla beynəlxalq səviyyəli tədbir iştirakçısı Sputnik stendində fəaliyyət göstərən radio studiyasının qonağı olub. Sputnik müxbirləri günün 24 saatını festivalın ən aktual və vacib xəbərlərini hazırlayıb, agentliyin portallarında müxtəlif video, fotoreportajlar, eksklüziv müsahibələr və infoqrafikalar yerləşdirilib. Agentliyin mütəxəssisləri tələbələrin marağına səbəb olmuş gənclər üçün müasir jurnalistika üzrə təlimlər təşkil ediblər. Bundan əlavə, məşhur rəssam, 1985-ci ilin Gənclər və Tələbə Festivalının rəmzinin müəllifi Mixail Veremenko Sputnik İnformasiya Agentliyinə özəl hədiyyə edib.

Təşkil olunmuş təlimlərdə Sputnik əməkdaşları festivalın gənc iştirakçılarına multimedia materiallarının hazırlanması barədə danışıb, onlara mətnlərin redaktəsi barədə təlimlər keçiblər. Bunun üçün xüsusi olaraq təlim iştirakçılarının istifadəsi məqsədilə Sputnik New Media saytı yaradılıb, lakin resursa böyük marağı nəzərə alaraq, saytdan hamının istifadə etməsinə imkan verilib. Bəzən isə Sputnik mütəxəssislərinin mühazirələrinə maraq göstərənlərin sayı o qədər çox olub ki, dinləyicilərin hamısını auditoriyada yerləşdirmək mümkün olmayıb.

Latviya, Gürcüstan, Qırğızıstan, Belarus, Livan və digər ölkələrin nümayəndə heyətlərinin üzvləri agentliyin stendində işləyən radiostudiyanın qonağı olub. Onların arasında Belarusun təhsil naziri İgor Karpenko və Qırğızıstan hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman məsələləri üzrə dövlət agentliyinin müdir müavini Mirlan Parxanov da olub.

Festival günlərində Sputnik müxbirlərinə WWF (Ümumdünya vəhşı təbiət fondu) baş direktoru Marko Lambertini, məşhur jurnalist və aparıcı Anatoliy Vasserman, DÇ-2018 səfiri Viktoriya Lopıreva, tanınmış rusiyalı rejissor Fyodor Bondarçuk, və başqaları kimi tanınmış şəxslər çoxsaylı müsahibələr veriblər.


Xəbərə aid fotolar