Kasilyas qışda klubunu dəyişə bilər


İdman 24 Okt 2017 18:56:00 311 0

Kasilyas qışda klubunu dəyişə bilər

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas qışda "Porto"dan gedə bilər. Goal.az xəbər verir ki, klub "Financial fair play" səbəbindən 34 yaşlı qolkiperlə yollarını ayırmaq istəyir. Kasilyasın əsas heyətdən kənarda qalması idman amilləri ilə əlaqələndirilsə də, onun statistikası pis hesab olunmur. Əsas məsələ İkerin illik 5 milyon avro məvacib almasıdır. "Porto"nun bir sıra futbolçuları bundan aşağı məbləğdə maaş alır.