Montella: "Azarkeşlər futbolçuları yox, məni fitə tutmuşdu"


İdman 24 Okt 2017 18:40:00 307 0

Montella: "Azarkeşlər futbolçuları yox, məni fitə tutmuşdu"

"Milan"ın baş məşqçisi Vinçenzo Montella İtaliya mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, gənc mütəxəsis son oyunlarda xal itkisinə baxmayaraq, vəziyyəti nəzarətdə saxladığını bildirib.

"Bir sıra komandaların bizdən yaxşı oynadığını düşünmürəm. İstefa barədə söz-söhbətlər məni narhat etmir. Özümü motivasiyalı hiss edirəm. Nəticələrimiz pis deyil. Bir neçə cəbhədə mübarizə aparmaq asan deyil. Son oyunda komanda ürəklə oynadığını göstərdi. Mən optimistəm. Hər şeyin nəzarət altında olduğunu düşünürəm. Komandanın inkişafı mənim üçün kifayətdir.

Azarkeşlərin fitinə qalanda, "Milan" forması geyəndə sənə gözləntilər də böyük olur. Əminəm ki, futbolçuları yox, məni fitə tutmuşdular. Azqarkeşlərin xoşuna gəlməmişdi ki, meydana 2 hücumçu buraxmamışdım".