Vidadi Zeynalovun vəkilləri çıxış edib - RABİTƏ İŞİ - YENİLƏNİB


Sosial 24 Okt 2017 18:17:00 274 0

Vidadi Zeynalovun vəkilləri çıxış edib - RABİTƏ İŞİ - YENİLƏNİB

Proses oktyabrın 26-da davam etdiriləcək

"Report"un xəbərinə görə, prosesdə Vidadi Zeynalova çıxış üçün söz verilsə də, o, növbəti prosesdə danışmaq istədiyini deyib.

Daha sonra təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq sədri B.Hüseynovun vəkili Cəlil Mirzəyev çıxış edib. O, çıxışında apellyasiya şikayətinin təmin olunmasını istəyib.

B.Hüseynov çıxışında bildirib ki, heç zaman dövlət əmlakını mənimsəməyib.

İclasda təqsirləndirilən B.Vəliyevin vəkili çıxış edərək, müvəkkilinin barəsində bəraət hökmü çıxardılmasını istəyib.

Məhkəmədə maraqlı şəxslərdən olan Kəmalə Zeynalovanın (Vidadi Zeynalovun bacısı) nümayəndəsi də çıxış edib. O bildirib ki, K.Zeynalovanın əmlaklarına birinci instansiya məhkəməsində həbs qoyulub: "Lakin bunun Vidadi Zeynalova heç bir aidiyyatı yoxdur".

Proses oktyabrın 26-da davam etdiriləcək.

*** 16:14

Bakı. 24 oktyabr.