Sürücülərə tövsiyə: bu yoldan çalışın istifadə etməyin


Digərləri 24 Okt 2017 18:16:10 310 0

Sürücülərə tövsiyə: bu yoldan çalışın istifadə etməyin

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Son.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.