"Heç vaxt bu adda əməkdaşımız olmayıb"


Digərləri 24 Okt 2017 17:57:00 303 0

"Heç vaxt bu adda əməkdaşımız olmayıb"

Təhsil Nazirliyi əməkdaşının həbs olunması barədə olan xəbərləri təkzib edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qurumun sektor müdiri Cəsarət Valehov qeyd edib ki, Təhsil Nazirliyi Aparatının nəinki indi, heç vaxt bu adda qadın əməkdaşı olmayıb:

"Xəbər yayılıb ki, Təhsil Nazirliyinin qadın əməkdaşı həbs olundu. Özü də istinadsız, sorğusuz və indiki zaman formasında. Ancaq tam məsuliyyətlə bildiririk ki, Təhsil Nazirliyi aparatının nəinki indi, heç vaxt bu adda məsul və ya qeyri-məsul qadın əməkdaşı olmayıb".