Jurnalistlərin Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib FOTO


Digərləri 24 Okt 2017 16:54:00 306 0

Jurnalistlərin Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib  FOTO

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib.

Son.az bildirir ki, toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması yönündə təkliflər təqdim edilib. Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib.  Dəyişikliyə əsasən, GQ  onlayn  medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin onlayn media sahəsində çalışanların da GQ sıralarına qəbul edilmələrinə yol açıb.

Məlumat üçün bildirək ki, JuHİ nəzdində fəaliyyət göstərən Gender Qqurup Azərbaycan mediasında tətbiq edilən gender siyasətini araşdırır, bu sahədə tədqiqatlar aparırı, həmçinin maarifləndirmə işləri həyata keçirir. Qurup ölkə mediasında Gender balansını, həmçinin qadın jurnalistlərin əmək şəraitini monitorinq edir. Ötən dövrdə Qurup Azərbaycanın çap və elektron mediasında çalışan qadın jurnalistlərin statistikasını hazırlayıb, qadın jurnalistlərə  qarşı olan münasibətə dair hesabat hazırlayıb (hesabatla bu linkdə tanış ola bilərsiz: http://juhi.az/qadin-jurnalistl%C9%99r/. 


Xəbərə aid fotolar