Vüqar Ramazanov:”Məqsədim beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırmaqdır”


İdman 24 Okt 2017 16:32:00 302 0

Vüqar Ramazanov:”Məqsədim beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırmaqdır”

Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 21-22 oktyabr tarixində Sərhədçi İdman Kompleksində kikboksinq üzrə Bakı çempionatı keçirilib.

Goal.az xəbər verir ki, yarışda Bakı çempionu titulunu qazanan Vüqar Ramazanov gələcək planları haqqında danışıb: “Bu gün Azərbaycan Kikboksinq Federasiyasının sıralarından olmaqdan qürur duyuram. AKF prezidenti,millət vəkili Adil Əliyev bizə çox dəstək olur. Hər gün məşqlərimi davam etdirirəm. Məşqçim dünya çempionu Zaur Yusifov məqşlərimə çox ciddi fikir verir və birbaşa yarışlara hazırlanmağımda iştirak edir. Məqsədim beynəlxalq yarışlarda bayrağımı zirvələrə qaldırmaqdır”. Qeyd edək ki, Vüqar Ramazanov 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çərçiboğan kəndində anadan olub. 2016-2017-ci illərdə yeniyetmələr üzrə kikboksinq respublika çempionatında Azərbaycan çempionu titulunu qazanıb. Vüqar Ramazanov Bakı çempionatında 5 döyüş keçirib, 4 nakautla başa çatıb. İdmançı ümumilikdə bu günə qədər 30-dən çox döyüş keçirib.