Rusiyanın baş naziri Yerevanda səfərdədir


Dünya 24 Okt 2017 16:24:42 286 0

Rusiyanın baş naziri Yerevanda səfərdədir

Rusiya və Ermənistan investisiya, sənaye və humanitar əməkdaşlıq mövzularını müzakirə edəcəklər

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan paytaxtında rəsmi ikigünlük səfərdədir.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyanın baş naziri oktyabrın 24-də investisiya, sənaye və humanitar əməkdaşlıq mövzularının müzakirə olnacağı Rusiya-Ermənistan danışıqlarında iştirak edəcək. Hökumətlərarası, qurumlararası və regionlararası əməkdaşlığa dair sənədlər paketi imzalanması üçün hazırlanır.

D.Medvedev oktyabrın 25-də Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçılarının Avrasiya İqtisadi Birliyinin (AİB) gömrük ərazisində malların qanunsuz dövriyyəsinə qarşı tədbirlər, eləcə də inteqrasiya proseslərinin müzakirə ediləcəyi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

İclas zamanı həmçinin vahid neft, qaz və elektrik enerjisi bazarlarının, eləcə də orta müddətli perspektivdə AİB dövlətlərinin razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi üzrə yol xəritəsinin yaradılması müzakirə ediləcək.