PSG "Barcelona"nın yolunu kəsir


İdman 24 Okt 2017 15:48:00 303 0

PSG "Barcelona"nın yolunu kəsir

Yay transfer pəncərəsində etdiyi transferlərlə adından söz etdirən PSG bu planını davam etdirmək niyyətdindədir.

Goal.az xəbər verir ki, “Barcelona”dan Neymarı alan Paris təmsilçisi indi də "katalonlar"ın uzun müddətdir danışıqlar apardığı Filipp Koutinyonun xidmətində maraqlıdır.

“Liverpool”un yarımmüdafiəçisi üçün ingilislərlə danışığa başlayan PSG rəhbərliyi ən geci mövsümün sonunda bu keçidi reallaşdırmaq arzusundadılar.

Xatırladaq ki, yay fasiləsində “Liverpool” Koutinyonun transferi üçün “Barselona”dan 200 milyon avro tələb etmişdi. "Barcelona" isə məbləğin qəsdən artırıldığını düşünərək transfer fikrindən daşınmışdı.