"Qadın ac balasına namus yedirə bilməz"


Digərləri 24 Okt 2017 14:51:00 525 0

"Qadın ac balasına namus yedirə bilməz"

Aktrisa Könül Yusifqızı qadınları əxlaqsızlıqda günahlandıranlarla savaşa qalxdı.

Son.az xəbər verir ki, hər zaman etdiyi açıqlamalarla gündəmi zəbt etməyi bacaran aktrisa yenidən diqqət mərkəzinə düşüb.

Könülün sözügedən açıqlamasını təqdim edirik:

"Kişi elə etməlidir ki, qadının xəyanət ağlından keçməsin. Tək qadın özü bilər nə edər. O sovetlər vaxtında idi namuslu qadın məfhumu, çünki sovetlər qadınının namuslu qalmasına dəstək olurdu. Pulsuz lagerlər, baxça, məktəb, həkim, hazırlıq və s. İndi qadın ac balasına namus yedirə bilməz. Müəlimə, həkimə və s . namusu pul əvəzi istəsə də qandıra bilməz. Odur ki, kişilər ya xanımınıza sahib çıxın, ya da qeybətin edib, əl-ayağına dolaşıb, qabağını kəsməyin. Qoy bacardığı kimi çalışıb, balasın, özünü dolandırsın. Zatən o bala da böyüyəndə namus üçün təşəkkür etməyəcək. Ac qarnı, cırıq ayaqqabısı, gedə bilmədiyi "Meqafun"ı, oxuya bilmədiyi məktəb və girə bilmədiyi univerisitet , qoyula bilməyəcəyi iş üçün ittiham edəcək".