Azərbaycan XİN başçısı Palermoda ATƏT-in miqrantlarla bağlı konfransında iştirak edir


Siyasət 24 Okt 2017 14:21:18 319 0

Azərbaycan XİN başçısı Palermoda ATƏT-in miqrantlarla bağlı konfransında iştirak edir

Tədbir çərçivəsində Elmar Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub

İtaliyanın Palermo şəhərində ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfrans işə başlayıb.

"Report" xəbər verir ki, ikigünlük konfransda həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Konfrans iştirakçı dövlətlərə və əməkdaşlıq üzrə tərəfdaşlara həm tranzit, həm də təyinat-ölkələrdə miqrant və qaçqın axınının artımı ilə bağlı məsələlərdə fikir və təcrübə mübadiləsi aparmağa imkan verəcək, əsasını qaçqın və miqrantların təşkil etdiyi insan alverinə qarşı mübarizə metodları müzakirə olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində E.Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.