İki metri ötən Titçenkova bacıları, ayaqsız rəqqas Bakıda möhtəşəm şou gostərəcək FOTO


Kriminal 24 Okt 2017 14:12:00 340 0

İki metri ötən Titçenkova bacıları, ayaqsız rəqqas Bakıda möhtəşəm şou gostərəcək  FOTO

İlk dəfə Bakıda Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Sirkinin (Avropada ən böyük stasionar sirk) fantastik şousu keçiriləcək.

UFO adlı şou noyabrın 4-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında təqdim olunacaq.

UFO dünyada ən böyük sirk şoularından biridir. Bakı tamaşaçısına ilk dəfə olaraq nadir işıq, lazer və səs effektləri, insan bacarığının son həddi sayıla bilən inanılmaz tryuklar, dinamik dekorasiyaların ən yeni texnologiyaları ilə birlikdə fantastik sirk şousu nümayiş etdiriləcək. Siz heç vaxt görmədiyinizi görəcəksiniz!

Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Dövlət Sirkinin 80 artisti tamaşada iştirak edəcək. Şouda unikal imkanları olan artistlər iştirak edirlər. Onların arasında boylarının hündürlüyü iki metri ötən Titçenkova bacıları, ayaqsız rəqqas və nadir tryuklar göstərən kəndirbaz, habelə yalnız bu sirk şousunda görəcəyiniz bir çoxları var.

UFO-nun süjeti kosmik boşqabın göyərtəsində cərəyan edir. Uzaq qalaktikaların sakinləri tərəfindən oğurlanmış Yer planetindən olan İnsan gəlmələrin gəmisində

istəmədən qonaq olur. Əsir gəmiyə düşəndə yadplanetli zəkası və dünyadan kənar sivilizasiya ilə tanış olaraq özü üçün kainatımızın gizli dərinliklərini kəşf edir.


Xəbərə aid fotolar