İran Türkmənistan qazının Azərbaycana nəqlindən imtina etməyəcək


Digərləri 24 Okt 2017 14:06:09 343 0

İran Türkmənistan qazının Azərbaycana nəqlindən imtina etməyəcək

İranın milli qaz şirkətinin direktoru və neft nazirinin müavini Həmid Rza Əraqinin türkmən qazının İran üzərindən Türkiyəyə ixrac edilməsini dəstəkləmədiyi barədə açıqlaması Azərbaycana şamil olunmur

İranın milli qaz şirkətinin direktoru və neft nazirinin müavini Həmid Rza Əraqinin Türkmənistan qazının İran üzərindən Türkiyəyə ixrac edilməsini dəstəkləmədiyi barədə açıqlaması Azərbaycana şamil olunmur. Trend-in məlumatına görə, hazırda Azərbaycan Türkmənistan qazını İran üzərindən alır. Məlumatda qeyd olunur: “H.R.Əraqi xüsusilə vurğulayıb ki, İranın bu qərarı Azərbaycana şamil olunmur və Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli davam edəcək. Azərbaycan tərəfi SOCAR-ın qaz anbarlarının kommersiya potensialından tam yararlanmaq məqsədi ilə, əsasən yay aylarında aşağı qiymətlə xaricdən əlavə qaz həcmlərini idxal edir, qiymətlərin daha yüksək olduğu qış mövsümündə isə xaricdən idxal olunmuş bu qaz həcmlərini ixrac etməklə əlavə gəlir əldə edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin