Bilik Fondu Yevgeni Yevtuşenkonun yaradıcılıq gecəsini keçirib (FOTO)


Digərləri 24 Okt 2017 13:36:00 335 0

Bilik Fondu Yevgeni Yevtuşenkonun yaradıcılıq gecəsini keçirib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəbi maarifləndirmə” proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəbi maarifləndirmə” proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Sodrujestvo” Cəmiyyətində keçirilən tədbirdə Fondun Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri də iştirak ediblər. Bilik Fondunun lektorlar qrupunun üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlının Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr etdiyi mühazirəni iştirakçılar böyük maraqla qarsılayıblar. Mühazirəçi ötən əsrin ikinci yarısının ən məhsuldar və ən çox oxunan rus şairinin 20 poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifi olduğunu xatırladıb. Onun sözlərinə görə, 50-ci illərdə şairin "Entuziastlar şosesi" şeirlər toplusu və "Qış stansiyası" poeması işıq üzü görüb, 60-ci illərin əvvəllərində artıq "Babiy yar" ilə ölkə xaricinə çıxan şair insanların qəlbində elə bir taxt qurmuşdu ki, ölümündən sonra da təəssüf hissi ilə xatırlanır. “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri şairin şeirlərindən nümunələr söyləyiblər. Mühazirəçi R.Kəşanlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin