"Pula görə səhnədə özlərini meymuna çevirirlər..." Aslan VİDEO FOTO


Şou-biznes 24 Okt 2017 13:34:00 431 0

"Pula görə səhnədə özlərini meymuna çevirirlər..."  Aslan  VİDEO  FOTO

ARB Ulduz-un "Virtual Həyat" proqramının budəfəki qonağı müğənni Aslan Hüseynov olub. Son.az bildirir ki, Aslan Hüseynov pul üçün hər şeyə hazır olan bəzi həmkarlarını qınaq atəşinə tutdu: "Kiminsə avtomobili var, ondan məndə də olsun deməmişəm. Mən heç vaxt heç kimin malına göz dikməmişəm. Bu, mənim üçün maraqlı olmayıb. O qədər müğənnilər var ki, pula görə səhnədə özlərini, sənətlərini meymuna çevirirlər. Ağızlarına gələni danışır, yalan məlumatlar üzə çıxarırlar". Bir-birinə pislik edib həmkarlarını qazdıqları quyuya salmaq istəyən bəzi şou nümayəndələrdən danışan müğənni onların çatışmazlıqlarını dilə gətirdi: "Əgər mənim hər şeyim varsa, mən sakitəm. Mən niyə kiməsə pislik edim ki? İstərdim ki, pis insanlar azalsın. Sənətdə elə kişi ifaçılar var ki, ailəsi yoxdur. Mən onlara ailə və uşaq arzulayıram. Heç vaxt heç kimə pislik arzu etmirəm. Heç kimin malına gözümü dikməmişəm ki, kimin nəyi var, kimin nəyi yoxdur. Arzu edirəm ki, evli olmayan sənətçilər ailə qursunlar və onların bir az insanlıqları artsın". Aslan Hüseynovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar