"Bu rəqəmlər narahatlıq doğurmaya bilməz"


Digərləri 24 Okt 2017 13:28:00 271 0

"Bu rəqəmlər narahatlıq doğurmaya bilməz"

"Statistik göstəricilərə görə, fəlsəfə doktoru proqramlarını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 11 faizi dissertasiyanı vaxtında müdafiə edə bilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu rəqəmlər narahatlıq doğurmaya bilməz. Çünki bu, ali məktəblərin hazırlıq səviyyəsinin keyfiyyəti ilə bağlı məsələdir.

Nazir hesab edir ki, bu statistik göstəricilər gənclərin elmi fəaliyyətə aktiv cəlb olunması istiqamətində müvafiq addımların atılmasını zəruri edir: "Bu, qarşıda duran əsas vəzifələrdən biridir. Hesab edirik ki, ötən il qəbul edilən "Elm haqqında" qanun bu sahədə ciddi irəliləyişlərə nail olunmasına təkan verəcək. Bu qanun elm sahəsində müvafiq hüquqi baza yaratmaqla yanaşı elmi fəaliyyətin stimullaşdırılması, elmi işçilərin sosial müdafiəsi, elmi vəzifələrə qəbul və digər məsələlərin həyata keçirilməsinə əsas yaradır. Qanunun verdiyi imkanlardan istifadə nəticəsində həm AMEA, həm də təhsil sahəsində gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq".