Təhsil naziri Azərbaycanda doktorantura və magistratura təhsili ilə bağlı əsas problemi açıqlayıb
Sosial 24 Okt 2017 13:06:58 342 0
Mikayıl Cabbarov: "Tədqiqat universitetləri statusu qazanan ali məktəblərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək"
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə yanaşma son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir.
Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə, nazir bildirib ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabətin həlledici amillərindən birinə çevrilir: "Belə ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz xüsusi çəkiyə malikdir. "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması müddəası daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək. Tədqiqat universitetlərində fundamental və tədqiqi tədqiqatlar aparılmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilməsi də nəzərdə tutulur".