Fransa Liqasında sentyabr ayının ən yaxşısı seçilib


İdman 24 Okt 2017 11:46:00 277 0

Fransa Liqasında sentyabr ayının ən yaxşısı seçilib

"Marseille"in qapıçısı Stiv Mandanda sentyabr ayında Fransa Liqasının ən yaxşı oyunçusu seçilib. Goal.az xəbər verir ki, Peşəkar Futbolçular İttifaqının saytında keçirilən səsvermədə təcrübəli qolkiper 47% səs toplayıb. O, PSG-nin braziliyalı ulduzu Neymar (37%) və "Bordeaux"nun forvardı Malkı (16%) geridə qoyub.

Maraqlıdır ki, Mandanda sentyabrda çıxdığı 2 oyunda qapısından 3 qol buraxıb. Neymar isə 3 oyuna 3 qol və 2 məhsuldar ötürmənin müəllifi olub. Avqust ayının ən yaxşısı "Monaco"nun hücumçusu Radamel Falkao seçilmişdi.