PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"


Sosial 24 Okt 2017 11:29:08 286 0

PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"

Əli Ağayev: "Məişət zorakılığı ilə mübarizədə yerli şərait nəzərə alınmalıdır"

"Azərbaycan hökuməti cəza siyasətinin sərtləşdirilməsinin deyil, humanistləşdirməsinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu "Məişət zor­akılığı ilə mübari­z­ədə effektiv cavab mexanizminin yaradıl­­ması" mövzusunda keçirilən kon­­fransda Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi Əli Ağayev deyib.O bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün əsasən hüququ təbliğat və maarifləndirmə üsullarından istifadə olunmalıdır: "Təbii ki, məqsədəuyğun təkliflər həmişə nəzərə alınır".Ə.Ağayev qeyd edib ki, məişət zorakılığının qarşısının alınmasında, istər barışıq məsələsi olsun, istər cəzalandırma məsələsində yerli şərait nəzərə alınmalıdır: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur".