Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilir


Siyasət 24 Okt 2017 11:36:31 220 0

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilir

Dəyişiklik Mülki Məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsində olunacaq

Azırbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik təklif olunur.

“Report”un xəbərinə görə, dəyişiklik Mülki Məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsində edilir.

Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.