Güləş Federasiyasının I vitseprezidenti işdən çıxarıldı


Digərləri 24 Okt 2017 11:20:00 320 0

Güləş Federasiyasının I vitseprezidenti işdən çıxarıldı

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.

AGF-dən Son.az-a verilən məlumata görə, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.