Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyə 16 dəyişikliyin edilməsi tövsiyə olunub


Sosial 24 Okt 2017 11:08:59 295 0

Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyə 16 dəyişikliyin edilməsi tövsiyə olunub

Onlardan biri məişət zorakılığı əməlinin cinayət kimi qəbul edilməsidir

"Beynəlxalq ekspertlərin rəyi nəzərə alınaraq məişət zorakılığının qarşısının alınması üçün Azərbaycan qanunvericiliyinə 16 dəyişikliyin edilməsi tövsiyə olunub".

"Report" xəbər verir ki, bunu "Məişət zorakılığı ilə mübari­zədə effektiv cavab mexanizminin yaradıl­ması" mövzusunda keçirilən kon­fransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi­nin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, beynəlxalq ekspertlər Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün 18 praktik təklif irəli sürüblər: "Təkliflərə ödənişsiz hüquqi yardım, barışdırıcı tədbirlərin istifadəsinin qarşısının alınması, məişət zorakılığı əməlinin cinayət kimi qəbul edilməsi, məişət zorakılığı hadisələri ilə məşğul olmaq üçün cavabdehlik daşıyan yerli icra orqanlarının strukturunun müəyyən edilməsi, rəsmi nikah yaşına çatmayan şəxslər üçün dini kəbinin kəsilməsinin qarşısının alınması və s. daxildir"