Ronaldo və Messinin seçimləri də açıqlanıb


İdman 24 Okt 2017 11:12:00 296 0

Ronaldo və Messinin seçimləri də açıqlanıb

FİFA Londonda təşkil olunan mərasimdə 2017-ci ilin ən yaxşı futbol adamlarını mükafatlandırıb. "The Best" mükafatı ardıcıl 2-ci il Kriştianu Ronaldoya təqdim olunub. O, Messi və Neymarı qabaqlayıb. Goal.az xəbər verir ki, son 10 ildə dünya futbolunda hegemonluq edən Ronaldo və Messinin də kimə səs verdikləri açıqlanıb. Messi Luis Suarez, Andres İniesta, Neymara, Ronaldo isə Luka Modric, Serxio Ramos və Marseloya səs verib.

Milli komandaların kapitanları və baş məşqçiləri, jurnalist və azarkeşlərin arasında keçirilən səsvermədə Ronaldo 43.16%, Messi 19.25%, Neymar isə 6.97% səs toplayıb.