Bakıda torpaq alqı-satqısı ilə məşğul olan şəxs məhkəmə zalında həbs edilib


Sosial 24 Okt 2017 11:01:12 253 0

Bakıda torpaq alqı-satqısı ilə məşğul olan şəxs məhkəmə zalında həbs edilib

O, 7 il müddətinə azadlıqdan məhrum olunub

Bakı Ağır Cinayətlər Məhkəməsinində dələduzluqda təqsirləndirilən Elman Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Tağıyev barəsində seçilmiş polis nəzarətində qətimkan tədbiri ləğv edilib və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, E.Tağıyev torpaq alqı-satqısı ilə məşğul olub. Belə ki, o, zərərçəkənlərə torpaq satmaq adı ilə 25 min manat pul alıb. Lakin verdiyi əməli yerinə yetirməyib.

Daha sonra zərərçəkmiş şəxslərin şikayəti üzrə E.Tağıyev saxlanılıb. O, dəymiş zərərdən bir hissəsini qaytarıb. Lakin onun zərərçəkmişlərə 8 min manat borcu qalıb. Məhkəmə dövründə də E.Tağıyev pulu qaytara bilməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.