Güləş Federasiyasında vitse-prezident dəyişib


İdman 24 Okt 2017 10:27:00 266 0

Güləş Federasiyasında vitse-prezident dəyişib

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Goal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.  Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib. Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.