İlin ən bahalı selfisi: Neymar gecəyə Messinin "kostyum"unda gəldi FOTOFAKT


Dünya 24 Okt 2017 10:46:00 289 0

İlin ən bahalı selfisi: Neymar gecəyə Messinin "kostyum"unda gəldi  FOTOFAKT

FİFA 2017-ci il yığmasının tərkibinə daxil olan futbolçuların adlarını açıqlayıb.

Son.az xəbər verir ki, bu, təşkilatın Londonda keçirilən təntənəli mükafatlandırma mərasimində elan edilib.

FİFA-nın 2017-ci il yığmasının tam heyəti aşağıdakı kimidir: - qapıçı: Canluici Buffon ("Yuventus"); - müdafiəçilər: Dani Alves ("Pari Sen-Jermen"), Leonardo Bonuççi ("Milan"), Serxio Ramos və Marselo (hər ikisi "Real Madrid"); - yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta ("Barselona"); - hücumçular: Neymar ("Pari Sen-Jermen"), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real")

Həmin gecədə ən diqqət çəkən məqamlardan biri ilin 11-liyin selfisi olub. Lakin gecəyə daha bir detal damğasını vurub. Belə ki, bu sezondan "Barselona"nı "PSJ"-yə dəyişən Neymar keçmiş komanda yoldaşı Messinin "Qızıl top" mükafatlandırma mərasimlərində geyindiyi bordo rəngli kostyumla diqqət çəkib.


Xəbərə aid fotolar