İran vətəndaşının Azərbaycana metadon məhlulu gətirməsinin qarşısı alınıb


Sosial 24 Okt 2017 09:39:58 258 0

İran vətəndaşının Azərbaycana metadon məhlulu gətirməsinin qarşısı alınıb

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkə vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 500 ml məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.