"Saziş hər iki tərəf üçün yeni imkanlar açacaq"


Siyasət 24 Okt 2017 09:13:00 260 0

"Saziş hər iki tərəf üçün yeni imkanlar açacaq"

"Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün yeni imkanlar açacaq".

Son.az xəbər veirr ki, bunu Trend-ə Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib.

Y.Şestak bildirib: "Bu saziş heç şübhəsiz Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıqda pozitiv atmosferin qorunmasına yardım edəcək.

Azərbaycan və Çexiya arasında parlamentlərarası münasibətlərdən danışan Senatının sədr müavini qeyd edib ki, hazırda bu əlaqələr yüksək səviyyədədir.

O vurğulayıb: "Bu münasibətləri gələcəkdə inkişaf etdirmək və əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı istək var".

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Y.Şestak deyib ki, kənd təsərrüfatı, kimya sənayesi, matallurgiya əsas belə sahələrdir.

Qeyd edək ki, bu gün Çexiya sahibkarları Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar yatırıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində